- Baxış sayı: 29
- 20 Mart 2025 23:32
- Baxış sayı: 132
- Mart 19, 2025
- 0
Avropa liqasının “İ” qrupunun 3-cü turunda “Sivasspor” – “Qarabağ” matçına təyinatlar açıqlanıb.
Allsport.az saytı xəbər verir ki, baş hakim portuqaliyalı Joau Pinyeyru olacaq. Ona Tiaqu Joze Pereyra Kosta və Pedru Ribeyru köməklik edəcəklər. 4-cü referi Yanku Yoan Vasilitsadır.
Georgi Yordanov (Bolqarıstan) hakim-inspektor, Nikoloz Jqarkava (Gürcüstan) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcəklər.
Noyabrın 5-də görüş Sivasda “Yeni 4 Eylül” stadionunda saat 21:55-də başlayacaq.