- Baxış sayı: 38
- 10 Oktyabr 2024 23:46
- Baxış sayı: 80
- Oktyabr 10, 2024
- 0
Böyük Britaniyanın “Sky Sports” telekanalı futbol üzrə İngiltərə milli komandasının 1966-cı il dünya çempionatındakı qələbəsinin 50 illiyinə həsr olunmuş irimiqyaslı layihə hazırlayıb. Allsport.az xəbər verir ki, kanalın ekspertləri Ceymi Karrager və Ed Çemberlen statistik göstəricilər və kompüter qrafikasının köməkliyi ilə futbolçuların Almaniya ilə final matçındakı hərəkətlərini analiz ediblər.
Verilişdə həmin oyunun iştirakçıları, eləcə də, qapıçı Qordon Benks və het-trik müəllifi Ceffri Herst ilə müsahibə təqdim olunub. Bundan başqa müasir texnologiyalardan istifadə etməklə müəlliflər “Üçüncü qolda top qapını keçmişdimi?” sualına birmənalı cavab tapıblar.
Qeyd edək ki, əvvəllər əldə olan videotəkrarlardan heç biri hakimin qərarının düzgünlüyü barədə mühakimə yürütməyə imkan vermirdi. Həmin qarşılaşmanın baş hakimi Qotfrid Dinst azərbaycanlı laynsman Tofiq Bəhramovla məsləhətləşdikdən sonra əminliklə mərkəzi göstərmişdi. İllərlə müzakirə mövzusu olan bu görüş İngiltərə millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Yanvarın 4-də efirə gedən verilişdə isə britaniyalı həmkarlarımız Bəhramovun qərarının tamamilə doğru olduğunu isbatlayıblar. Müasir texnologiya vasitəsilə topun qapı xəttini keçib-keçmədiyi müəyyənləşdirilib və burda həmyerlimiz Tofiq Bəhramov haqlı çıxıb. Karragger bu məsələ ilə bağlı fikirlərini bildirib: “Göründüyü kimi azərbaycanlı laysman Tofiq Bəhramov haqlıdır. Top qapı xəttini keçib. Almanlar artıq şikayət edə bilməzlər”.