- Baxış sayı: 52
- 29 Oktyabr 2024 19:25
- Baxış sayı: 237
- Noyabr 06, 2024
- 0
Qılıncoynatmada gərginlik davam edir. Allsport.az saytı xəbər verir ki, avqustun 17-də təşkil olunan növbəti hesabat-seçki konfransından sonra vəziyyət daha pisləşib. 1-ci vitse-prezident Yaşar Məmmədov və baş məşqçi Fikrət Vəliyev AQF-də yer almadıqdan sonra əks-hücuma keçiblər.
Adı ilk çəkilən mütəxəssis kəskin çıxışları ilə yadda qalır. Federasiyanın prezidenti Nazim İbrahimovun ünvanına sərt ittihamlar səsləndirən “Şöhrət” ordenli idman adamı aylıq məvacibinin 3000 AZN təşkil etdiyini, AQF rəhbərinin ona ümumilikdə 150000 manat borcu olduğunu və bu pulu qaytarmamaq üçün vaxtı ikən işdən qovulan Ramin Məmmədovu yerinə gətirdiyini deyib.
Yaşar Məmmədov, federasiyanın qılıncoynadanlara və məşqçilərə 26 ay maaş verməməsini də söyləyib. Beynəlxalq yarışla normal yollana bilməyən bir qrup milli komanda üzvü karyelarını bitirəcəklərini, bir qismi başqa ölkə adına çıxış edəcəklərini eyhamlayıblar, 2 kişi idmançımız isə artır Türkiyə yığmasının şərəfini qoruduğu məlum olub.
O, ölkə başçısı İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyeva ilə görüşüb, AQF prezidentindən şikayətlənəcəyini də qeyd edib.