- Baxış sayı: 51
- 25 Mart 2023 17:00
- Baxış sayı: 96
- Mart 26, 2023
- 0
Azərbaycanın qadın güləşçiləri bu gün Rumıniyanın paytaxtı Buxarestə U-23 Avropa çempionatında 1 gümüş və 1 bürünc medal qazanıblar.
Allsport.az xəbər verir ki, Jalə Əliyeva (57 kq) 3-cü yer uğrunda görüşdə italiyalı Auroro Russonu 6:2 hesabı ilə məğlub edib və fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Birgül Soltanova (65 kq) finalda rumıniyalı Amina Kapezanlaya 5:6 hesabı ilə uduzub və gümüş medalla kifayətlənib.
Qadın güləşçilərimiz qitə yarışını 3 medalla başa vurublar. Daha əvvəl Elnurə Məmmədova (55 kq) Avropa 3-cüsü adını qazanıb.