Son 14 mövsümdə ilk dəfə

Premyer liqanın lideri “Sabah” startda hər 2 oyunda 3 qol vurmağı bacarıb. Allsport.az saytı xəbər verir ki, Murad Musayevin komandası öncə “Sumqayıt”ı 3:0, ardınca “Zirə”ni 3:1 məğlub edib.

Bir klubun ilk iki matçında 3 və ya daha çox qol vurmasına son 14 mövsümdə birinci dəfə təsadüf olunub. Startda belə məhsuldar qarşılaşmalar keçirən sonuncu komanda “Qəbələ” idi. “Qırmızı-qaralar” 2008/09 mövsümünün ilk 2 görüşündə ən azı 3 qola sevinib.

Ölkə çempionatları tarixində 11-ci dəfə belə hadisə yaşanıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish