“Son dəqiqədə qol buraxdığımız üçün çox narazı qaldım”

“Neftçi” konfrans liqasının 3-cü təsnifatının ilk oyununda evdə Avstriyanın “Rapid” klubuna 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Laurentsiu Regekampf qələbəyə belə şərh verib:

“Futbolçularım döyüşdü, çox gözəl oyun göstərdi. İlk dəqiqələrdən sona kimi güclü idik. Bu gün qələbəyə layiq idik. Oyunçularıma matçdan əvvəl dedim ki, bizə pozitiv nəticə lazımdır. Növbəti mərhələyə adlamaq üçün 2 oyun keçirməliyik.

Vyanadakı qarşılaşma çox çətin olacaq. Son dəqiqədə qol buraxdığımız üçün çox narazı qaldım. Amma bizim üçün heç nə dəyişmir. Gözləyirəm ki, komandam orada da eyni cür davranacaq. Avstriyada da qələbə qazanmağa çalışacağıq. Buna çalışmasaq, heç bir şansımız olmayacaq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish