Son gündə 1 gümüş

Albaniyanın paytaxtı Tiranada gənc taekvondoçuların Avropa çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan millisi daha 1 medal qazanıb.

68 kq-da Cavad Ağayev fəxri kürsünün 2-ci pilləsinə qalxıb. O, 1/16 finalda Pablo Patinonu (İspaniya) 2:1, sonra Aleksios Bouqas (Yunanıstan), Furqan Körpə (Türkiyə) və Con Porxa (Almaniya) 2:0 hesabları ilə qalib gəlirək finala yüksəlib.

İdmançımız həlledici görüşdə digər türkiyəli həmkarı Arslan Dəmirə 1:2 yenilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish