- Baxış sayı: 34
- 09 Oktyabr 2024 11:59
- Baxış sayı: 67
- Oktyabr 10, 2024
- 0
İspaniyanın Pontevedra şəhərində U-20 dünya çempionatı sona çatıb. Allsport.az saytı xəbər verir ki, son günündə 2 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.
Ağanəzər Novruzov (74 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Tamir Eşinimayevlə qarşılaşıb. Görüşün sonlarında aldığı xallarla rəqibini 4:1 hesabı ilə məğlub edib.
Anar Cəfərli (92 kq) təsəlliverici görüşdə hindistanlı Amit Sinqə “tuş”la qalib gəlib. Həlledici qarşılaşmada amerikalı Konnor Mirasolayı 6:2 üstələyib.
Beləliklə, sərbəst güləş millimiz dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurub. Yekunda 72 xal toplayan yığmamız dünyanın ən güclü 5-ci komandası olub.
Xatırladaq ki, ötən gün Xetaq Karsanov (97 kq) gümüş medala sahib çıxıb.