“Son vaxtlar “Nant”ın oyununda irəliləyiş var”

“Qarabağ” Avropa liqasının “G” qrupunun 5-ci turunda sabah “Nant” ilə Fransada qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında buun söyləyib:

“Hər sistemin öz çətinlikləri var. Rəqib keyfiyyətli komandadır. Öz meydanında daha yaxşı oynayır. Əlimizə düşən hər imkandan maksimum istifadə etməyə çalışacağıq. Rəqibə böyük hörmətlə yanaşırıq. Bakıdakı matçda qol epizodları oldu.

Hətta hesab 0:0 olarkən üstünlük onların tərəfində idi. Rəqibin heyətində bacarıqlı futbolçular var. Sadəcə, hər komandanın uğursuz seriyası olur. Son vaxtlar “Nant”ın oyununda irəliləyiş var”.

Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish