- Baxış sayı: 53
- 03 Sentyabr 2024 17:53
- Baxış sayı: 77
- Sentyabr 07, 2024
- 0
Bolqarıstan paytaxtı Sofiyada yeniyetmə taekvondoçuların dünya birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan idmançıları Bahadur Dostuyev (49 kq) və Yunis Hüseynov (61 kq) 3-cü yer tutublar.
Onlara qədər Mehdi Budaqlı (33 kq) qızıl və Fuad Məhərləmli (45 kq) bürünc medal qazanıblar. Bu sınaq ümumilikdə Azərbaycan millisi üçün uğurlu alınıb. Fəxri kürsünün zirvəsinə çıxan idmançımız sözü gedən yaş dərəcəsində Azərbaycanın ilk dünya çempionu olub. Cəmdə nəticələr rekord sayılıb.