- Baxış sayı: 67
- 10 Oktyabr 2024 01:03
- Baxış sayı: 67
- Oktyabr 10, 2024
- 0
Bu gün çimərlik voleybolu üzrə Azərbaycan çempionatının sonuncu mərhələsi start götürüb. Allsport.az saytı xəbər verir ki, “Heydər Əliyev İli”ndə yarışın 3-cü turu təsnifatdan başlayıb. Ümumilikdə 100 nəfər iştirak edir (12 qadın və 38 kişi komandası).
Ələmədə yalnız kişi voleybolçular çıxış ediblər. Bu mərhələnin yekununda 8 cüt əsas mərhələyə yüksəlib. 15 kişi komandası isə həlledici etapda mübarizəyə qoşulacaq.
Olimpiya sistemi ilə keçirilən çempionatın ilk günü həm təsnifat oyunları, həm də əsas mərhələnin görüşləri baş tutub.
Su idmanı sarayında yarış 4 meydançada keçirilir, yarışın qalibləri sentyabrın 3-də müəyyən olunacaq.
Çempionatın ilk mərhələsi 24-27 iyun, II mərhələ isə 29 iyul-1 avqust tarixlərində keçirilib.