Şose velosipedi üzrə ölkə çempionatında kimlər fərqləndi?

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə velosipedçilər Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığından start götürməklə fərdi ötüşmədə, 2-cidə “Dreamland” qolf klubun yaxınlığından Qala qəsəbəsi istiqamətində start götürməklə qrup ötüşməsində mübarizə aparıblar.

İlk yarış günü fərdi ötüşmələrdə qızlarda Viktoriya Sidorenko (ROEQİUGVM), 17 yaşadək oğlanlar arasında Tural İsrafilov (ROEQİUGVM), gənc oğlanlarda Kamran Mirzəxanov (ROEQİUGVM), U-23/elit yaş kateqoriyasında olan kişilər arasında isə Elçin Əsədov (“Salcano Sakarya”) 1-ci yer tutublar.

Növbəti gün qrup fərdi ötüşmələrdə olduğu kimi, qızlarda ən güclü velosipedçi Viktoriya Sidorenko (ROEQİUGVM) olub. 17 yaşadək oğlanlar arasında Ravi Rzayev (ROEQİUGVM), gənc oğlanlar arasında Kamran Mirzəxanov (ROEQİUGVM), U23/Elit yaş kateqoriyasında isə Elçin Əsədov (“Salcano Sakarya”) 1-ci yerə çıxıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish