- Baxış sayı: 33
- 04 Noyabr 2024 19:26
- Baxış sayı: 230
- Noyabr 04, 2024
- 0
Çex Respublikasının Pardubiçe şəhərində şotokan üzrə dünya çempionatınında komandamız 14 qızıl, 7 gümüş və 3 bürünc medal qazanıb.
Allsport.az saytı xəbər verir ki, 31 öləkədən 1804 karateçi arasında yarış dünya karate federasiyası (VKF), həmçinin şobu ippon, şobu sanbon qaydaları və açıq çəki dərəcəsi üzrə keçirilib. Ayxan Mamayev və Elməddin Səlimli hər 4 versiyanın qalibi olmaqla “Böyük qələbə” mükafatına layiq görülüb.
Müxtəlif versiyalar üzrə yarışlarda həmçinin Emil Xasiyev, Ülvi Bünyatov, Siyavuş Bayramov, Astan Qasımov, Xəyal Məmmədov, Səidə Mikayılova, Fehruz Nəbizadə, Valeriya Rudakova, Elnur Əliyev, Emiliya Mitilinova, eləcə də kumitedə böyüklər və veteranlar, katada isə qadınlardan ibarət komandamız mükafatlara sahib olub.
VSF-nin Azərbaycan nümayəndəsi Rənad Əliyevə beynəlxalq təşkilatın 6-cı dan dərəcəsi təqdim edilib.