- Baxış sayı: 40
- 12 Dekabr 2025 23:40
- Baxış sayı: 42
- Dekabr 12, 2025
- 0

“Yuventus”un yeni baş məşqçisi Luçiano Spalletti klub tarixinin ən yaşlı məşqçisi olub.
Allsport.az xəbər verir ki, 66 yaşlı mütəxəssis 2019-cu ildə 60 yaşında “Yuventus”a rəhbərlik edən həmyerlisi Mauritsio Sarrinin rekordunu qırıb.
Spalletti həmçinin Cess Karver və Klaudio Ranyerinin ardınca “İnter”, “Roma” və “Yuventus”u çalışdıran üçüncü məşqçi olub.
Spalletti “Yuventus”la 2026-cı ilin yayına qədər müqavilə imzalayıb.