Spalletti Piolini əvəzləyəcək

“Əl-Nəsr” İtaliya millisindən ayrılan baş məşqçi Luçano Spaletti ilə maraqlanır.

Allsport.az xəbər verir ki, ərəb klubu onu tezliklə komandanı tərk edə biləcək Stefano Piolinin xələfləri siyahısında birinci yerə çıxarıb.

Spalettiyə ildə 12 milyon avro alan Piolidən də yüksək maaş təklif olunacaq.

Ötən mövsüm “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında 70 xal toplayaraq üçüncü yeri tutub.

Həmin kateqoriyadan