Şpaqaçılarımız Türkiyədə güclərini sınadı

Yeniyetmə şpaqaçılarımız Türkiyənin Antalya şəhərində açıq turnirdə iştirak edib. Allsport.az xəbər verir ki, yarışda U-10, U-12 və U-14 kateqoriyası üzrə 260-dan çox oğlan və qız iştirak edib.

Şpaqaçılarımızdan ən yaxşı nəticəyə U-14 kateqoriyasında çıxış edən Orxan Həsənli imza atıb. Ən güclü 8-liyə yüksələn Orxan turnirin təşkilatçıları tərəfindən diplom və xatirə medalı ilə təltif edilib.

Yeniyetmə şpaqaçılaırmız turnir öncəsi Zuğulbada yerləşən təlim-məşq bazasında hazırlıq keçib.

Həmin kateqoriyadan