- Baxış sayı: 20
- 24 Mart 2023 20:01
- Baxış sayı: 25
- Mart 24, 2023
- 0
Moskva “Spartak”ı Avropa liqasının 1/8 final mərhələsində “Leyptsiq”lə cavab matçını Bakıda keçirə bilər. Allsport.az saytı xəbər verir ki, “qladiatorlar” belə bir ehtinalla çıxış ediblər:
“Oyun üçün prioritet məkan Bakıdır. Biz UEFA-dan olan həmkarlarımızla bu variant üzərində işləyirik. Həftənin əvvəlində məsələ ilə bağlı bizə konkret məlumat veriləcək”.
İlk matç martın 10-da Almaniyada olacaq. Cavab qarşılaşması martın 17-də keçiriləcək.
Bir neçə gündür Rusiya qoşunları Ukraynaya hücum edib və hazırda 2 ölkə arasında müharibə gedir. UEFA-nın qərarına əsasən görüşlər bitərəf meydanda təşkil olunmalıdır.