“Qladiatorlar” kobud rəftara görə Ayazı cəzalandırdı

“Spartak” azərbaycanlı futbolçusu Ayaz Quliyevi əvəzedici komandaya göndərib.

Allsoprt.az xəbər verir ki, Moskva təmsilçisi 23 yaşlı yarımmüdafiəçinin əvəzinə əsas komanda ilə Konstantin Şilçovun məşq edəcəyini açıqlayıb.

Rusiya mətbuatı Ayazın məşqçilər korpusu ilə kobud danışdığı üçün cəzalandığını yazıb. Quliyev bu mövsüm premyer liqada 11 oyun keçirib.

Həmin kateqoriyadan