- Baxış sayı: 50
- 08 Dekabr 2025 10:34
- Baxış sayı: 56
- Dekabr 08, 2025
- 0

Beynəlxalq avtomobil federasiyası və Formula1 rəhbərliyi yeni mövsümün başlaması ərəfəsində koronavirus testlərinin nəticələrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, pilotların heç birində yoluxma aşkar edilməyib.
Şpilberq şəhərində test iyunun 26-dan iyulun 2-dək keçirilib. Bu müddət ərzində sürücülər və komandaların texniki heyətləri də daxil olmaqla, 4032 nəfər sınaqdan keçirilib.
Formula1-in yeni mövsümünə sabah Avstriya qran-prisi ilə start veriləcək.