- Baxış sayı: 17
- 09 Oktyabr 2024 16:48
- Baxış sayı: 60
- Oktyabr 08, 2024
- 0
Çempionlar liqasının 3-cü təsnifatında “Qarabağ” – “Ferentsvaroş” oyunu 3 gün öncə bitməsinə rəğmən, qarşı tərəfdən mübarizə ətrafında açıqlamaları davam etməkdədir. Allsport.az saytı xəbər verir ki, Macarıstan klubunun rusiyalı baş məşqçisi Stanislav Çerçesov cavab görüşü ərəfəsində bunu deyib:
“Bakıdakı oyundan dərhal sonra Budapeştə qayıtdıq, Macarıstana səhər saatlarında çatdıq. Cümə axşamını bərpa etməklə keçirdik, ertəsi gündən etibarən tam sürətlə məşqimizi edirik. İlk matçın nəticəsi pis deyil, 1:1 hesabı o deməkdir ki, irəliləmək üçün yaxşı şansımız var və bunu etmək istəyirik. Rəqib qapısı önündə daha qətiyyətli və dəqiq olmalıyıq. Hər halda müdafiədə səhv etmək olmaz.
Çünki Bakıdakı matçda gördük ki, “Qarabağ” təhlükəli hücumlar edir və boşluqlardan ildırım sürəti ilə yararlanır. Cavab görüşünə mümkün qədər yaxşı hazırlaşmaq üçün əlimizdən gələni edəcəyik. “Qrupama Arena”da dolu tribunalar önündə, fantastik azarkeşlərimizin köməyi ilə növbəti mərhələyə adlamaq üçün mübarizə aparacağıq”.
Avqustun 9-da “Qroupama arena”da görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.