Ştefan Kunts: “İşin böyük hissəsi bundan sonra başlayır”

Türkiyə millisinin yeni baş məşqçisi Ştefan Kunts yığmaya təyinatı haqqında fikirlərini bölüşüb. 

Allsport.az xəbər verir ki,  59 yaşlı mütəxəssis təqdimat mərasimində deyib: 

“Norveçlə DÇ-2022-nin seçmə oyununa sürətlə hazırlaşacağıq. Bütün diqqəti oyunumuza yönəldəcəyik”. 

Kunts Türkiyə futbol federasiyasının icraiyyə komitəsinin üzvü və Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntopun onunla əlaqə saxladığını bildirib: “Bunun üçün qurur duydum. Məşhur və uğurlu türkiyəli baş məşqçinin ardından bu posta gəldiyim üçün xoşbəxtəm. İşin böyük hissəsi bundan sonra başlayır”.

Kunts ilə 3 illik müqavilə imzalanıb. 

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish