Stiven Karri rekordu təkrarladı

“Miluokki Baks” ilə matçda (125:111) 38 xal toplayan “Qolden Styt Uorriors”un üzvü Stiven Karri NBA-da əvvəllər yalnız üç basketbolçunun əldə etdiyi nailiyyəti təkrarlayıb.
Allsport.az xəbər verir ki, Karri, 36+ yaşda Maykl Cordan, Lebron Ceyms və Karl Melounla birlikdə ardıcıl dörd oyunda 30 və ya daha çox xal toplayan dördüncü oyunçu oldu.

Bundan əvvəl Karri “Çikaqo Bullz”la görüşdə 34 xal, “Yuta Caz”la qarşılaşmada 32, “Los Anceles Leykers”lə oyunda isə 37 xal toplayıb.

Həmin kateqoriyadan