- Baxış sayı: 39
- 11 Noyabr 2024 14:10
- Baxış sayı: 67
- Noyabr 12, 2024
- 0
Bu gün yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə birinciliyinə start verilib.
Allsport.az xəbər verir ki, Azərbaycan gənclər və idman nazirliyi ilə Azərbaycan stolüstü tennis federasiyasının təşkil etdiyi yarışın açılış mərasimində idmançıları salamlayan ASTF-nin vitse-prezidenti Elmar İslam və gənclər və idman nazirliyi tərəfindən idman səfiri seçilən tanınmış taekvondoçu Fəridə Əzizova onlara uğurlar arzulayıb.
Budəfəki yarışda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar bacarıqlarını göstərirlər. “Şüa idman kompleksi”ndə keçirilən yarışda iki yaş qrupunda – 2005-2008 və 2009 və daha kiçik təvəllüdlü stolüstü tennisçilər arasında çempionlar müəyyənləşəcək. İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində qüvvələrini sınayacaqlar.
Bu gün keçirilən komanda yarışının nəticəsinə görə 2005-2008-ci il təvəllüdlu qızlar arasında Sumqayıt, oğlanlar arasında Bakı 1 kollektivi 1-ci yeri tutub.
2009-cu il və daha kiçik təvəllüdlu qızların mubarizəsindən Bakı 1 , oglanların mubarizəsindən isə Şabran komandası qalib ayrılıb.
Mayın 4-də yekunlaşacaq birincilikdə fərqlənən idmançılara Gənclər və idman nazirliyinin diplom və medalları, həmçinin, ASTF-nin mükafatları təqdim olunacaq.