Stolüstü tennis üzrə paytaxtın “Olimpiya ümidləri”

Bakı şəhər gənclər və idman baş idarəsi tərəfindən “Şüa” idman-sağlamlıq mərkəzində stolüstü tennis üzrə “Olimpiya ümidləri” adlı paytaxt turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda “Təhsil” RİM, , 13 saylı RİOEUGTİM, 11 saylı UGİM, 1 saylı RİOEUGTİM, 13 saylı İOEUGTİM, “Xəzri” İK və “Lokomotiv” İC-dən 40 nəfər idmançı mübarizə aparıb.

Yekun nəticələrə görə, 2010-2012-ci il təvəllüdlü oğlanlar arasında şəxsi hesabda İbahim Rəhimzadə I yerə, Daniil Belov II yerə, Hüseyn Musazadə III yerə, qızlar arasında Mələk Əhmədzadə I yerə, Banu Baytallı II yerə, Leyli Məmmədova III yerə, 2013-ci il və ondan kiçik təvəllüdlü oğlanlar arasında Ələkbər Mirzəliyev I yerə, Raul Əsədov II yerə, Azər Dadaşzadə III yerə, qızlar arasında Mədinə Abbaszadə I yerə, Səidə Quluzadə II yerə, Xədicə Vəliyeva III yerə, oğlanların qoşa yarışlarında Daniil Belov – Musa İsmayılov I yerə, Əli Qədirzadə – Əli Rüstəmov II yerə, Hüseyn Səmədzadə – Məhəmməd Səmədzadə III yerə, qızların qoşa yarışlarında Aynur Ağayeva – Banu Baytallı I yerə, Əminə Saruyeva – Zəhra Mahmudova II yerə, Mədinə Abbaszadə – Sevinc Abbaszadə III yerə layiq görülüblər.

Mükafatçılara baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunublar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish