Stolüstü tennisçilər beynəlxalq turnirdə

Sentyabrın 19-da Tiflisdə yeniyetmə stolüstü tennisçilər arasında beynəlxalq turnirinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, ayın 21-nədək davam edəcək sınaqda oğlanlarda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə bacarığını göstərəcəklər.

Məşqçilər Elnur HidayətzadəGülnarə İbrahimovanın rəhbərlik etdiyi qızlardan ibarət komanda 23-25 sentyabrda qüvvəsini sınayacaq. Heyətə Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli daxil ediliblər.

Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılov və Xəyalə Qiyasova oyunlarını idarə edəcəklər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish