- Baxış sayı: 22
- 16 Yanvar 2026 17:20
- Baxış sayı: 107
- Yanvar 25, 2026
- 0

Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına qatılacaqlar.
Allsport.az xəbər verir ki, seçmə komandamızın üzvləri – Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova və Nigar Mahmudova bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.
İdmançılarımız baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında dekabrın 15-dən etibarən yerli komanda ilə birgə hazırlıq keçəcəklər. BƏƏ stolüstü tennis federasiyasının təşəbbüsü ilə Şarja şəhərində təşkil olunacaq təlim-məşq toplanışına dekabrın 24-də yekun vurulacaq.