Stolüstü tennisçilər Konya-2021-ə hazırlaşır

Seçmə komanda bu məqsədlə Qax olimpiya idman kompleksində bir araya gəlib. Allsport.az saytı xəbər verir ki, bu gün başlanan növbəti toplanışında baş məşqçi Mixail Timofeyev və böyük məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə 10 idmançı iştirak edir.

Bunalr Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə, İbrahim Ansari, Əliverdi Şahgəldiyev, Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətovadandır.

İdmançılar iyulun 31-nədək davam edəcək toplanışda fiziki, texniki və taktiki bacarıqlarını artırmağa çalışacaqlar. Stolüstü tennisçilər Konya-2021 İslam oyunlarında avqustun 7-də mübarizəya başlayacaqlar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish