İyunun 24-26-da Bakı su idmanı sarayının ərazisində stronqmen üzrə Avrasiya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, turnirdə Azərbaycan, Türkiyə, İran və Gürcüstandan 170-dək idmançı mübarizə aparacaq.
Onlar strikt karl, benç press və didlift hərəkətlərində müxtəlif çəkilər üzrə 55 dəst medal uğrunda güclərini sınayacaqlar.
Turnirin açılışı iyunun 25-də saat 16:00-da keçiriləcək. Çempionatda ölkəmizi 100-dək idmançı təmsil edəcək.