- Baxış sayı: 46
- 02 Oktyabr 2023 11:25
- Baxış sayı: 62
- Oktyabr 03, 2023
- 0
Serbiya Kubokunda yeni mövsümə start verilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “OFK Belqrad” da ilk matçını keçirib.
Sözügedən komanda səfərdə “Metalats”la qarşılaşıb. Görüşün əsas vaxtı 3:3 hesabıyla bitib. Bu üzdən də qalib penaltilərlə müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Subaşiçin komanda yoldaşları 7:6 hesabıyla üstün olaraq “OFK Belqrad”ı növbəti mərhələyə çıxarıblar.
Qeyd edək ki, Branimir bu oyunun start heyətində meydana çıxsa da, sonradan əvəzlənib.