Süle “Milan”ın hədəfindədir

“Borussiya Dortmund”un müdafiəçisi Niklas Süle komandasını dəyişə bilər.

Allsport.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə “Milan” maraqlanır.

“Rossoneri”lər yaxın müddətdə alman oyunçu üçün “arılar”la rəsmi danışıqlara başlayacaq.

Süle 2022-ci ilin yayından “Borussiya”nın şərəfini qoruyur. Onun bundesliqa klubu ilə müqaviləsinin müddəti gələn ilin iyununa qədərdir.

Həmin kateqoriyadan