- Baxış sayı: 94
- 31 Oktyabr 2024 20:41
- Baxış sayı: 67
- Noyabr 01, 2024
- 0
Güləş federasiyasının təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına gimnaziyaya KİV üçün baxış oldu. Allsport.az saytı xəbər verir ki, bu təhsil ocağında güləş bölməsi 2024-cü ilin yanvarından fəaliyyət göstərir. Maliyyə xərcləri AGF-in hesabınadır. Öncə sərbəst güləşin məşqi izlənildi. Buraya 44 uşaq-yeniyetmə cəlb olunub.
Sonra yataqxana və yeməkxanaya baxış keçirildi, media nahara dəvət edildi. Gimnaziyada 78 güləşçi qalır. Yataqxana ümumilikdə 195-yerlikdir. İdmançılar həm də orta təhsil alırlar. Asudə vaxtlarında şahmat, domino, pleysteyşn, tennis, futbol və basketbol oynayırlar.
Daha sonra yunan-Roma güləşçilərin hazırlığı izləndi. Bu növdə 34 nəfər məşğul olur. Bütün idmançılar milli komandaların məşqçiləri tərəfindən bölgələrdən seçiliblər. Gələcəkdə gimnaziyada qızlar üçün də bölmənin açılması nəzərdə tutulub. Bu, gimnaziyada yeni binanın tikilməsi və əlavə yataqxananın təmir-bərpasından sonra mümkün olacaq.