RƏSMİ
“Sumqayıt” “Sepaxan”ın hücumçusu ilə gücləndi

“Sumqayıt” növbəti transferini tamamlayıb. Allsport.az xəbər verir ki, “kimyaçılar” İranın “Sepaxan” klubundan ayrılan Əli Qurbanini rənglərinə bağlayıb.

29 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. Əli yeni komandasında 9 nömrəli geyimdə çıxış edəcək.

Qurbani ötən mövsüm İsfahan təmsilçisində 12 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

Həmin kateqoriyadan