Sumqayıtda “Qızıl Sidney” sənədli filmi

Bu gün MOK-un 30-illik yubileyi çərçivəsində “Azərbaycanın Olimpiya Odisseyası” adlı layihənin finalı və bu layihə əsasında çəkilən “Qızıl Sidney” sənədli filminin nümayişi Sumqayıt şəhərində baş tutub.

Allsport.az saytı xəbər verir ki, tədbirdə Sumqayıt icra hakimiyəti başçısının 1-nci müavini Teymur Səmədov, müstəqil Azərbaycanın ilk olimpiya çempionu Zemfira Meftəhəddinova, MOK-un əməkdaşları, fəal gənc və yeniyetmələr iştirak edib.

Layihənin əsas məqsədi olimpiya çempionlarımızla gənclərimizin birbaşa ünsiyyətini təşkil edərək, olimpiya dəyərlərinin təbliğ edilməsindən ibarətdir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish