“”Sürix” oyun üslubuna görə bizə uyğun olmayan rəqibdir”

“”Sürix” oyun üslubuna görə bizə uyğun olmayan rəqibdir. Hər bir halda, Bakıda onu daha yaxından tanıdıq. Səfərə böyük ümidlə gedirik”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çempionlar liqasının 2-ci ələməsində “Sürix”ə qarşı cavab oyunu ərəfəsində deyib. O, Heydər Əliyev adına hava limanında buun əlavə edib:

“Bu komandaya qarşı sona kimi yaxşı mübarizə aparıb, ağıllı oyun qurmaq istəyirik. Ola bilər ki, risklərə gedək. Hər bir halda komandamın durumu pis deyil. Hazırlığımız yaxşı səviyyədədir. Oyuna iki günümüz qalıb. Onu da daha çox taktiki, texniki çalışmalara ayıracağıq”.

İyulun 27-də matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə “köhlən atlar” 3:2 qələbə qazanıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish