“Şuşa şahmat-2022” beynəlxalq turnirinin nişanı təqdim olunub

Allsport.az saytı xəbər verir ki, yarışın rəsmi loqosu müxtəlif tarixi-mədəni elementlərdən ilhamlanaraq ərsəyə gətirilib. Tədbirin əsas vizual təsvirini təşkil edən loqotipdə Şuşa qalası, Qarabağ atı və şahmat fiquru kimi topun elementlərinin kombinasiyası yaradılıb.

Loqotipdə Şuşa qalasının üzərindəki yazıya uyğunlaşdırılan şriftdən istifadə olunub. “Shusha Chess-2022” beynəlxalq şahmat turniri 21-24 sentyabrda keçiriləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish