“Qırmızı vərəqə oyun planımızı pozdu”

“Turan Tovuz” premyer liqanın 7-ci turunda səfərdə “Sabah”a 1:3 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov yenilgiyə belə şərh verib:

“Bu gün futboldan danışmaq çətindir. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin. “Sabah”ın gücü bəllidir, iddialı komandalarımızdandır. Təəssüf ki, yaxşı başlaya bilmədik. Qırmızı vərəqə oyun planımızı pozdu.

Rəqib bundan istifadə edə bildi. İkinci hissədə bir qədər özümüzə gəldik. Qol da vura bildik. Belə oyunlar yeni komanda üçün vacibdir. Gənc futbolçularımız var. Belə oyunlarda bir qədər də təcrübələrini artırırlar. Qarşıda fasilə var. Bu fasilədən səmərəli istifadə edib hazırlaşacağıq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish