Təlim-məşq toplanışı yekunlaşdı

Azərbaycanın böyük, gənc və yeniyetmə qadın cüdoçulardan ibarət yığmaları Xorvatiyanın Poreç şəhərində keçirilmiş beynəlxalq təlim-məşq toplanışını başa vurub.

Allsport.az xəbər verir ki, Avropa cüdo birliyinin təşkilatçılığı ilə təşkil olunmuş təlim-məşq düşərgəsində idmançılarımıza yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər.

Yeniyetmə qızlardan ibarət yığma Avropa çempionatına hazırlığını Bakıda davam etdirəcək. Qitə birinciliyi 26–29 iyunda Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.

Həmin kateqoriyadan