Təlim-məşq toplanışının ilk mərhələsi yekunlaşdı

25 maydan etibarən Türkiyənin Bursa şəhərində təlim-məşq toplanışına start vermiş U-16 milli 29 mayda hazırlıq prosesinin ilk mərhələsini yekunlaşdırıb.

Allsport.az xəbər verir ki, komanda təlim-məşq toplanışı çərçivəsində bir neçə yerli klubla hazırlıq oyununda da öz gücünü sınaqdan keçirib. Hazırlıq oyunlarında millinin baş məşqçisi Ərxan Tökər bütün basketbolçulara fürsət verərək komandanın ümumi potensial gücünü yoxlayıb. Bundan əlavə yığma Türkiyə çempionatında baş tutmuş “Tofaş” – “Bağçaşəhər” pley-off oyununu canlı izləmək imkanı da əldə edib.

Hazırlıq prosesində əsas məqsəd 5-13 iyul Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa çempionatı “C” divizionunun oyunlarına hazırlaşmaqdır.

Həmin kateqoriyadan