Təmirə qapadılan Respublika olimpiya idman liseyində 598 şagirdin taleyi naməlumdir. GİN hara baxır?

Bu gün sağlam və ağıllı gəncliyin püxtələşməsi üçün idman və təhsil ən zəruri sahə hesab olunur. İnkişaf etmiş ölkələrin orta məktəblərində daim təhsil və idman yarışlarının keçirilir, şagirdlərin fiziki hazırlığı yoxlanılır. Proses ali təhsil ocaqlarında daha üst səviyyədə davam etdirilir. Təəssüf ki, Azərbaycanda idmanla bağlı gənclər təhsildən, məktəbdə fərqlənən şagirdlər fiziki hazırlıqdan məhrumdurlar. Elmsiz idman, fiziki bacarıqsız təhsil bizə tam gəncliyin formalaşmasına imkan verməyəcək. Demək, gələcəkdə yaxşı heç nə gözlənilmir. Halbuki Azərbaycan prezidenti İlham Əliyevin bu gün həmkarları arasında təhsili və fiziki hazırlığı ilə seçildiyi örnək olmalıdır.

Azərbaycanda SSRİ dönəmindən yeganə idman internat məktəbi vardı. Həmin təhsil müəssiəsi olimpiya, dünya, Avropa çempionları və mükafatçıları yetişdirib. Müstəqilikdə gənclər və idman nazirliyinin nəzdində olan bu məktəb Respublika olimpiya idman liseyi adlanır. 2022-ci ilin iyunun təmirə bağlansa da, bu günə qədər işə başlanılmayıb. Hazırda 598 nəfərin harada oxuduğunu nə bilən var, nə də düşünən. Baxmayaraq ki, məktəblər bir aydır açılıb və orada əsasən aztəminatlı ailələrinin uşaqları təhsil alırlar.

ROİL-də direktor vəzifəsini yunan-Roma güləşi üzrə olimpiya və dünya mükafatçısı, Avropa çempionu Vitali Rəhimov icra edirdi. Əksəriyyət onun işindən razı idi. O, mərhum gənclər və idman naziri Azad Rəhimovun kadrı idi. GİN-in keçmiş idman şöbəsinin müdiri, yunan-Roma güləşi üzrə olimpiya və 2-qat dünya çempionu Fərid Mansurovla yaxın idilər. Elə bu səbəblərdən Fərid Qayıbovun komandası yazda onu inşaat biznesi ilə məşğul olan Müşviq Məmmədovla əvəzlədi. Yeni rəhbərliyə özlərinin formalaşdırdığı – ictimaiyyətdə şərti olaraq hesab edilən – görüntü və şəkil çəkdirmək əyləncə-idman növlərini bacaran şəxslər lazımdır, biləyən ünlü idmançılar deyil.

Əldə etdiyimiz məlumata görə, özünü doğma vətəndə lazımlı olmadığını görən Vitali Rəhimov ailəliklə Rusiyaya, Samara vilayətinə köçüb. Qayınatası Samara şəhərinin meridir. Orada onun işinin necə olacağını zaman göstərəcək. Hələliksə, durum ürəkaçan deyil. Qara dəniz bölgəsində məlum savaşdan dolayı, Rusiyada qismən səfərbərlik elan olunub. Hərbi xidmətə çağırılanlar arasında azərbaycanlılar da var. Kim bilir, bəlkədə onu da Ukrayna bataqlığında qanlı müharibə gözləyir. Vətəndaşlarımızın qayğısına qalmaq, onları qorumaq hər bir məsul məmurun borcudur. Ölkə başçısı çıxışlarında bu məsələni az vurğulamayıb.
Yeri gəlmişkən, milli olimpiya komitəsinin ilk prezidenti, yunan-Roma güləşi üzrə 3-qat dünya və Avropa çempionu Məhyəddin Allahverdiyev Moskvaya üz tutub. İdman mütəxəssislərin bir-bir doğma yurdu tərk etmələri yaxşı hal deyil…

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish