Təqvim müəyyənləşdi

2024-cü ildə futzal üzrə Dünya çempionatının Avropa zonası üzrə əsas seçməsinin 6-cı qrupunda Polşa və Yunanıstan yığmaları ilə mübarizə aparacaq Azərbaycan millinin oyunlarının təqvimi müəyyənləşib.

Allsport.az saytı xəbər verir ki, qrup qalibi və 2-ci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 komanda birbaşa elit-raunda vəsiqə qazanacaq. Qalan 8 qrup 2-cisi isə pley-ofda üz-üzə gələcəklər. Elit-raundun püşkü isə 2023-cü il iyulun 5-də atılacaq.

7 oktyabr, 2022
Azərbaycan – Polşa

11 oktyabr, 2022
Yunanıstan – Azərbaycan

3 mart, 2023
Azərbaycan – Yunanıstan

7 mart, 2023
Polşa – Azərbaycan

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish