Tərlan Əhmədov: “Səbail” bizdən çox da uzaqlaşmamalı idi

“Kəpəz” premyer liqanın 12-ci turunda evdə “Səbail”i 3:0 üstələyib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov bunu deyib: “Həftəlik məşq mərhələsində bu oyunun çətin keçəcəyini uşaqlara başa salırdım. Turnir cədvəlində 2 qonşu komanda qarşılaşırdı, rəqib bizdən çox da uzaqlaşmamalı idi. 4 ildən sonra ikinci ev oyununda Gəncə azarkeşlərinə qələbə bəxş etmək istəyirdik.

Oyunun ilk dəqiqələrindən futbolçuların özündə həyəcan, təzyiq hiss olunurdu. Oyunumuz alınmırdı. Amma getdikcə çalışdığımız qədər rəqibi əks-hücumda tutub oyunu öz tərəfimizə çevirməyə səy göstərirdik. Bu da tədricən öz bəhrəsini verdi. Düzdür, səhvlərimiz həddindən artıq çoxdur. Qələbədən dolayı futbolçularımı təbrik edirəm. Azarkeşlərə sona qədər bizə dəstək olduqlarına görə təşəkkür edirəm.

Hər halda bu gün fanatların bizə dəstəyi ikinci stimul oldu. Heyətimizdəki kasadlığa baxmayaraq komanda yaxşı mübarizə aparır. İstədiyim tam formaya nail ola bilməmişik. Bunun üçün zaman lazımdır. Ümumillikdə komanda istəklidir. Mübarizə aparır, yaxşı oyun nümayiş etdirməyə çalışır və bu məni sevindirir”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish