“Təsəlliverici məqam odur ki…”

“Sabah” ölkə kubokunun 1/4 finalının ilk matçında səfərdə “Səbail”ə 2:3 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Murad Musayev məğlubiyyətə belə aydınlıq gətirib:

“Artıq iki oyundur kobud səhvlər edirik və bu səhvlər nəticəsində meydanda azlıqda qalırıq. Bu, bizi çətin vəziyyətdə qoyur və oyun planımızı dəyişməyə məcbur oluruq.

Bu gün ən yaxşı oyunumuzu keçirmədik. Təsəlliverici məqam odur ki, matçın sonlarında 2 qol vuraraq növbəti mərhələ üçün imkanlarımızı qoruyub saxladıq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish