- Baxış sayı: 38
- 06 Fevral 2023 22:36
- Baxış sayı: 85
- Fevral 06, 2023
- 0
Qadın və kişi voleybolçular arasında yüksək liqalarda təxirə salınan II turun oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Allsport.az xəbər verir ki, bu qarşılaşmalar yanvarın 22-nə təyin olunub.
Həmin gün ilk olaraq qadın voleybolçuların Yüksək Liqasında təxirə salınan “Murov” – UNEC matçı baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.
Eyni gündə kişi voleybolçuların yüksək liqasında II turun təxirə salınan “Neftçi” – “Xarı bülbül” oyunu da keçiriləcək. Bu qarşılaşma isə saat 18:00-da başlanacaq. Hər iki görüş voleybol mərkəzində təşkil olunacaq.
Bu oyunların yanvarın 12 və 13-də keçirilməsi nəzərdə tutulsa da UNEC və “Neftçi” klublarının bir çox voleybolçusunun qrip və yüksək hərarətdən əziyyət çəkməsi səbəbindən təxirə salınmışdır.