- Baxış sayı: 38
- 07 Noyabr 2025 17:42
- Baxış sayı: 34
- Noyabr 07, 2025
- 0

Antalyada taekvondo üzrə Türkiyə açıq çempionatı start götürəcək.
Allsport.az xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan millisi böyüklərin və yeniyetmələrin mübarizəsində qüvvəsini sınayacaq.
Kişilərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayev qardaş ölkədə Cavad Ağayev (74 kq) və Milad Beiqi Harçeqaniyə (+87 kq) şans verəcək.
Qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Park, Türkiyədə Minayə Əkbərova, Məryəm Məmmədova, Zemfira Həsənzadə, Səmərrux Osmanova (hamısı 49 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidovanı (67 kq) sınayacaq.