Tahir Gözəl tarixi matçdan öncə Qurban Qurbanovla görüşdü

“Qarabağ”ın prezidenti Tahir Gözəl, Avropa liqasının “G” qrupunun 6-cı turunda Almaniyanın “Frayburq” klubu ilə oyun öncəsi komandanı ziyarət edib.

Allsport.az saytı xəbər verir ki, o, baş məşqçi Qurban Qurbanovla görüşüb, daha bir tarixi görüş ərəfəsində ona və futbolçulara inandığını deyib, kollektivə uğurlar arzulayıb.

Bu gün Tofiq Bəhramov adına respublika stadionunda matç saat 21:45-də başlayacaq. “Köhlən atlar” Azərbaycan futbol tarixində ilk dəfə Avropa liqasının qrup səddini keçə bilər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish