- Baxış sayı: 32
- 01 Aprel 2023 13:39
- Baxış sayı: 88
- Aprel 01, 2023
- 0
Romada güləş üzrə Avropa çempionatında qadınlar çıxışlarını başa vurdular. Bu yarışda ardıcıl 4-cü bürünc medalını qazanan Tatyana Omelçenko (62 kq) allsport.az-a sevincini belə bölüşdü:
“Ardıcıl 4-cü qitə çempionatında 3-cü oldum. Məqsəd qoymuşdum ki, bu dəfə finala çıxım. Təəssüf ki, alınmadı. Amma söz, gələn yarışda çempion olacağam.
Düzü, daim 3-cü yer tutmağım məni də bezdirib. İndi hədəfim gələn ay Macarıstanda keçiriləcək lisenziya yarışıdır. Orda Tokio olimpiadasına vəsiqə qazanmağı qarşıma məqsəd qoymuşam”.
Kamran HACI, Roma