- Baxış sayı: 28
- 14 Noyabr 2024 16:25
- Baxış sayı: 53
- Noyabr 14, 2024
- 0
Milli Gimnastika Arenasında keçirilən stolüstü tennis üzrə Avropa “Top-16” kuboku yarışlarının ikinci günündə – fevralın 7-də 16 maraqlı qarşılaşma oynanılıb. Allsport.az xəbər verir ki, Azərbaycanın turnirdə mübarizə aparan hər iki idmançısı yarışda iştiraklarını dayandırıblar.
Qadınlar arasında mübarizədə ölkəmizi təmsil edən Məryəm İmanova “A” qrupunda Avstriya təmsilçisi Jia Liu ilə üz-üzə gəlib. İmanova qarşılaşmadan 0:3 (6:11, 4:11 və 4:11) hesabı ilə məğlub ayrılıb. Kişilərin yarışında isə “D” qrupunda çıxış edən Fərhad İsmayılov portuqaliyalı Tiaqo Apoloniya ilə qarşılaşıb. Görüş rəqibin 0:3 (5:11, 7:11, 6:11) hesablı üstünlüyü ilə başa çatıb.
Bununla da yarışlarda qrup oyunlarına yekun vurulub. Fevralın 8-dək davam edəcək turnirdə Avropanın 17 ölkəsindən 34 idmançı mübarizə aparır.