- Baxış sayı: 30
- 18 May 2025 12:24
- Baxış sayı: 111
- May 18, 2025
- 0
22-23 dekabrda Bakıda “Marafon” idman klubunun bazasında teqbal üzrə ilk ölkə kuboku keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, yarışa 12 komanda qatılacaq. Fərqlənənlərə pul mükafatları, kubok, medallar və diplomlar təqdim ediləcək.
Yarışın bütün iştirakçılarına sertifikatlar veriləcək. Bu gün axşam püşkatma olacaq. Tədbir “Atlas” mehmanxanasının konfrans zalında baş tutacaq.