- Baxış sayı: 49
- 20 Mart 2025 11:35
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Azərbaycan şahmatçısı Teymur Rəcəbov ölkə çempionatında mübarizəni davam etdirməyəcək.
Allsport.az xəbər verir ki, buna səbəb 38 yaşlı qrossmeysterin səhhətində problemin yaranması olub.
Rəcəbov bununla bağlı ölkə çempionatının baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb. Şahmatçı sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda iştirak etməyəcəyini bildirib və bunun üzürlü hesab edilməsini xahiş edib.