“Ola bilsin, tez qol vurmağımız “Sumqayıt”ın planlarını dəyişdi və bizim üçün oynamaq daha asan oldu”

 “Qarabağ”  premyer liqanın 16-cı turundan təxirə salınmış oyunda “Sumqayıt”a 5:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov bunu söyləyib:

“Futbolçularımı təbrik edirəm. Baxmayaraq ki, onları oyuna tam motivasiya etmək çətin olur, amma yaxşı qalibiyyət, bol qollu oyun oldu. “Sumqayıt” matça pis başlamamışdı. Hiss olunurdu ki, oyunu müdafiədən qurmaq istəyirlər.

Ola bilər ki, tez qol vurmağımız rəqibin planlarını dəyişdi və bizim üçün oynamaq daha asan oldu. Məqsədimiz futbolçuların performansını qoruyub saxlamaqdır ki, idman formalarından uzaqlaşmasınlar. Hər oyun rotasiyalar edəcəyik ki, mövsümün sonunda hər futbolçu formada olsun”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish